Əkizlərinin ad günü təbriki Puqaçovanı ağlatdı - Video

ekizlerinin-ad-gunu-tebriki-puqacovani-aglatdi
Oxunma sayı: 3150

Bu gün 71 yaşını qeyd edən Rusiyanın Xalq artisti Alla Puqaçova göz yaşlarına hakim ola bilməyib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin övladları Harri və Lisanın ona sürpriz etməsi olub. Uşaqlar otağa girən Puqaçovaya ürək sözlərini deyiblər, sənətçiyə gül dəstələri təqdim ediblər. Bu zaman “Primaddona” ağlamağa başlayıb.

Daha sonra müğənni onun üçün hazırlanan torta yaxınlaşaraq şamları söndürüb. Həmin görüntüləri Allanın həyat yoldaşı Maksim Qalkin instaqram səhifəsində paylaşıb.