“Eko Park” 600 ailəyə yardım edəcək - Video

eko-park-600-aileye-yardim-edecek
Oxunma sayı: 2384

Daşınmaz əmlakın tikinti sektorunda uğurlu fəaliyyəti ilə seçilən “Eko Park” brendinə məxsus “SAS 2015” MTK və “SAS inşaat” MTK koronavirusun dünyanı cənginə aldığı bir ərəfədə təqdirə layiq addım atıblar.

“Qafqazinfo” xəbər verir ki, hər iki şirkət “Güc birlikdədir!” prinsipini əsas götürərək, dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədilə , balansında olan xüsusi texnikalar vasitəsi ilə Masazır, Ceyranbatan, Novxanı və Xırdalanın bir hissəsində yolları və küçələri dezinfeksiya məhlulları ilə yuyub. Bununla yanaşı “Eko Park” tərəfindən aprelin sonuna qədər ehtiyacı olan 600-ə yaxın ailəyə birdəfəlik ərzaq yardımı nəzərdə tutulur. Bu barədə şirkətin rəhbəri Süleyman Əliyev məlumat verib:

“Biz imkan daxilində ehtiyacı olan  hər kəsə yardım etməyə çalışırıq. Hətta kampaniya başladığı müddətdən bu yana artıq 300 ailəyə yardım göstərilib. Mən inanıram ki, yardım etmək imkanı olan hər bir vətəndaşımız bu addımı atacaq.” 

Qeyd edək ki, şirkətdən bildirilib ki, görülən işlərin ictimailəşdirilməsində əsas məqsəd ehtiyacı olan ailələrə yardım əhatəsini genişləndirməkdir.