"Qafqazinfo"ya daxil olan məlumata görə, gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin formalaşdırılması, təbiətin və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılması, ekoloji problemlərin həllinə yönələn fəaliyyətə uşaqların cəlb olunması məqsədilə həyata keçirilən layihənin təqdimatı olub.
Tədbirdə bildirilib ki, təqdim edilən “Eko Gündəlik”ləri İDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YUNESKO, Panasonic Marketinq MDB, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Final mərhələsinə vəsiqə alan hər yaş qrupu üzrə ümumilikdə 20 nəfər mükafatlandırılacaq. Finalçılardan bir nəfər milli qalib elan olunacaq və onun “Eko Gündəliy”I layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək və bununla da bütün ölkələrin milli qalibləri arasında ən yaxşı “Eko Gündəlik”lər seçiləcək.
Qeyd edək ki, sentyabrın 15-16-da şagirdlərə 500 ədəd xüsusi “Eko Gündəlik” paylanacaq.
Müsabiqədə ümumtəhsil məktəblərinin 6-11 yaş arası və orta 12-15 yaş arası qruplarını təmsil edən şagirdlər iştirak edəcəklər. İştirakçılar 3 günə bölünmüş “Eko Gündəlik”də ekologiyaya dair rəsm çəkməli və onun ideyasının qısa təsvirini mətndə əks etdirməklə sentyabrın 25-dək təhvil verməlidir.
Son xəbərlər
Son Xəbərlər