Ekofəallar Laçın-Xankəndi yolunda təmizlik və abadlıq işləri aparıb, ağaclar əkib

ekofeallar-lacin-xankendi-yolunda-temizlik-ve-abadliq-isleri-aparib-agaclar-ekib
Oxunma sayı: 2192

Qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyasının iştirakçıları aksiyanın əhatə etdiyi ərazidə bu gün təmizlik və abadlıq işləri aparıblar.

“Qafqazinfo” xəbər verir ki, ekofəallar həmiçinin həmin ərazidə ​ağac əkiblər.

Xatırladaq ki, ekofəalların etiraz aksiyası aprelin 28-i saat 18:00-dan etibarən dayandırılıb və iştirakçılar mərhələləri şəkildə ərazini tərk edir. Bununla yanaşı, aksiya ərazisi ekofəallar tərəfindən təmizlənir və ərazidə müxtəlif növ ağaclar əkilir.