Ekologiya seminarı keçirilib

ekologiya-seminari-kecirilib
Oxunma sayı: 690


Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, seminar iki hissədən ibarət olub. Birinci hissə “Dünyada ekologiya təhlükəsizliyi”, ikinci hissə isə “Azərbaycan təbiəti və onun mühafizəsi sahəsində həyata keçirilən ekoloji layihələr” mövzusunda olub.

Seminarı giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri, hakim partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bu layihənin əhəmiyyətindən danışıb: “Ermənistanda yerləşən atom elektrik stansiyası da ekoloji baxımdan çox təhlükəli bir obyektdir. Bu stansiya artıq neçə illərdir ki, fəaliyyət müddətini başa vurub, lakin hələ də mövcudluğunu qoruyur. Bu stansiya Ermənistanla bərabər Azərbaycan üçün də böyük təhlükə mənbəyidir. Əgər onun bir blokunda hər hansı bir partlayış olarsa radiasiya küləyin istiqaməti ilə Azərbaycana da gələ bilər və bu gələcək nəsillər üçün böyük fəsadlar yaratmış olacaq. Həmçinin qeyd etmək lazımdır ki, ermənilər işğal altında olan torpaqlarımızda ağacların, heyvanların hamısını məhv ediblər. Bununla onlar təkcə Azərbaycanın deyil, dünya ekologiyasına da ziyan vurublar”.

Seminarın növbəti hissəsində iştirakçıların sualları və təklifləri dinlənildi. Bir neçə təklifin icrasında onlara istənilən dəstəyin göstəriləcəyi bildirildi.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində ikinci ekoloji tur 20 sentyabr tarixində təşkil ediləcək.