Ekologiya və Təbii Sərvətlər Nazirliyindən- - Açıqlama

ekologiya-ve-tebii-servetler-nazirliyinden-
Oxunma sayı: 1251


“Qafqazinfo”nun xəbərinə görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 120 faizini təşkil edib.

İyulun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunmayıb. Qanıx çayının Əyriçay məntəqəsində, eləcə də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb.

Suyun səviyyəsinin Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 290, Şirvanda 127, Salyanda 60, Bankədə 213, Araz çayının Novruzlu məntəqəsində isə 16 santimetr olduğu müəyyən edilib.