“Qafqazinfo”ya daxil olan məlumata görə, çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, YAP GB-nin ofisində hər dəfə məhz gənclərimiz üçün maraqlı layihələr təşkil edirik və buda gənclərimizin maarifləndirilməsinə müsbət töhvə vermiş olur.
Daha sonra Ekspert Ramil Nəzərov “İSO 14001 Ətraf mühitin mühafizəsi və ona təsir edən amillər” mövzusu ətrafında gənclərlə müzakirə aparıb. Qeyd edək ki, təlimin ikinci günü 11 sentyabr tarixində davam edəcəkdir. 12 sentyabr tarixində gənclər üçün ekoloji tur təşkil ediləcək.
Layihə “AZӘRBAYCAN - 2020: GӘLӘCӘYӘ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI”- nın 11-ci bəndindəki “ Ətraf mühitin qorunması və ekologiya məsələləri” əsas tutaraq icra ediləcək.
Son xəbərlər
Son Xəbərlər