Əkrəm Əylisli ilə bağlı - İltizam qətimkan tədbiri

ekrem-eylisli-ile-bagli
Oxunma sayı: 3355

Vəkil Elçin Sadıqov Əkrəm Əylisli ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, vəkil bildirib ki, bu gün yazıçı Əkrəm Əylisli ilə hüquqlarının müdafiəsi üçün müqavilə bağlayıb:

"Daha sonra müstəntiqin çağırışı ilə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinə getdik. Əkrəm Əylisli əvvəlcə şübhə edilən şəxs qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində cəlb edildi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edilib. İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, DSX-nin əməkdaşı 15.09.1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunundöş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə soğlun göyümtül qançır yaranıb.

Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mnənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirdi. İstintaq hələ davam edir.

Əkrəm Əylisli barədə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib".