Yazıçı Əkrəm Əylisli barədə növbəti istintaq hərəkətləri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov sosial şəbəkədə yazıb. Vəkil bildirib ki, bu gün Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsinin rəisi Vüqar Sərdarovun çağırışına əsasən Əkrəm Əylisli ilə istintaqda olublar: “Əkrəm Əylislinin əl barmaq izlərini götürdülər, şəklini çəkdilər və ağız boşluğunun hər iki tərəf dərinliyindən DNK analizi üçün nümunə götürdülər. İstintaq hərəkətləri 2 saata yaxın çəkdi”.
Qeyd edək ki, yazıçı barədə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq) ittiham irəli sürülüb.
Son xəbərlər
Son Xəbərlər