Əkrəm Əylislinin türkiyəli gəlini- - Foto

ekrem-eylislinin-turkiyeli-gelini-
Oxunma sayı: 3876


Yazıçının oğlu İlyas Naibov-Əylislinin Türkiyə vətəndaşı olan xanımla ailə qurduğu bəllidir. Qafqazinfo” xəbər verir ki, Modern.az-ın Əylisli ailəsinin gəlinin kimliyini müəyyən edib. Yasemin Bahar xanım da Naibova-Əylisli soyadını daşıyır. İstanbul Universitetinin iqtisadiyyat fakültəsinin məzunu olan gəlin 2012-ci ildən “YapıKredi Bank Azərbaycan”da işləyir.

Qeyd edək ki, yazıçının oğlu İlyas Naiobov-Əylisli əvvəllər “Procter and Gable” şirkətinin Cənubi Qafqaz üzrə təmsilçisi olub. İkinci oğlu – gömrük polkovnik-leytenantı Nəcəf Naibov-Əylisli Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş İdarəsi, aksiz şöbəsinin rəisi vəzifəsində işləyib və 2 il əvvəl istefaya göndərilib. 

Ə. Əylislini xanımı Qalina Aleksandrova da Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialının direktoru vəzifəsindən öz ərizəsi ilə çıxıb.