Əkrəm İmamoğlu Ayasofya məsələsinə münasibət bildirdi

ekrem-imamoglu-ayasofya-meselesine-munasibet-bildirdi
Oxunma sayı: 7622

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Ayasofyanın məscidə çevrilməsi qərarına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, Yunanıstanda keçirilən Delphi İqtisadi Forumuna telekonfrans vasitəsilə qatılan Əkrəm İmamoğlu Ayasofyanın ibadətə açılması və məscidə çevrilməsi ilə bağlı sualı cavablandırıb:

“Ayasofyanın ibadət üçün açılmasına ehtiyac olduğuna inanmıram. Türkiyə və dünyanın başqa problemləri var və bu məsələ daxili siyasət vasitəsi olaraq istifadə edilməməlidir".

O həmçinin bildirib ki Türkiyədəki ibadət yerləri və tarixi abidələrə görə İstanbul Bələdiyyəsi deyil, mərkəzi hökumət və Turizm Nazirliyi məsuliyyət daşıyır.