Əkrəm İmamoğlu milyonlara səsləndi - “Hər şey çox gözəl oldu” + Video

ekrem-imamoglu-milyonlara-seslendi
Oxunma sayı: 1693

İstanbulun bələdiyyə sədri vəsiqəsini təhvil alan Əkrəm İmamoğlu milyonlarla insana səslənib.

“Qafqazinfo” xəbər verir ki, İmamoğlu çıxışında “Artıq zaman itirmək vaxtımız bitdi. Heç bir lüksümüz yoxdur. Gecə-gündüz işləməliyik. Hamınızın mənə kömək etməsini istəyirəm. Birlikdə İstanbulu ayağa qaldıracağıq. İş adamlarına səslənirəm. Uşaqlara və bir sıra sosial layihəmizə dəstək olmalarını gözləyirəm. Hamını bu müddətdə səfərbərliyə dəvət edirəm” deyib: 

***

"Biz ayrı-ayrı insanlara, partiyalara deyil, İstanbulumuza xidmət edəcəyik. Çox gözəl işlər başladacağıq. Özümü 16 milyonluq İstanbula, sizləri də Allaha əmanət edirəm. Bu sevgi ilə aşa bilməyəcəyimiz heç bir maneə olmayacaq. Hər şey çox gözəl oldu! Yaxşı ki varsınız".