Eks-arvadının evinə gəldi, qardaşıyla birgə bıçaqladı

eks-arvadinin-evine-geldi-qardasiyla-birge-bicaqladi
Oxunma sayı: 1443

Dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi polisinə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin  126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.

Binəqədi RPİ-də araşdırma aparılır.