Eks-deputatların yerinə namizədlər açıqlandı

eks-deputatlarin-yerine-namizedler-aciqlandi
Oxunma sayı: 3536

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hakim partiyanın boş qalmış 100, 34, 19, 38, 110 saylı dairələrindən irəli sürdüyü namizədlərinin adları da açıqlanıb.

34 saylı dairədən seçilmiş sabiq deputat Gülər Əhmədovanın yerinə İbrahimov Calal Ağarza oğlu, 19 saylı dairədən seçilmiş keçmiş deputat Əli Əhmədovun yerinə Məmmədov Hikmət Baba oğlu, 100 saylı dairədən seçilmiş keçmiş deputat Mübariz Qurbanlının yerinə Məmmədov İlham Müseyib oğlu, 110 saylı dairədən seçilmiş dünyasını dəyişən Hikmət Atayevin yerinə isə Bayramov Bəhruz Qurban oğlunun namizədliyi irəli sürülüb. 

Günel Türksoy