Eks-əri Müge Anlının evli kişidən hamilə olduğunu açıqladı

eks-eri-muge-anlinin-evli-kisiden-hamile-oldugunu-aciqladi
Oxunma sayı: 5173

Türkiyənin məşhur aparıcısı Müge Anlının keçmiş həyat yoldaşı Burhan Akdağ sosial şəbəkədə hər kəsi təəccübləndirən paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, aparıcının evli kişidən hamilə olduğunu iddia edib. Akdağ qeyd edib ki, Mügenin sevgilisi boşanma mərhələsindədir, rəsmi ayrılıqdan sonra onunla ailə quracaq.

Eyni zamanda o, Mügenin aparıcısı olduğu proqramın onun hamiləlik səbəbi ilə müvəqqəti yayımının dayandırıldığını bildirib.

İddialara qarşı tərəf cavab verib. M. Anlının vəkili mətbuata açıqlama yayaraq məlumatların yalan olduğunu qeyd edib.