Ukrayna əks-hücum əməliyyatı həyata keçirmək üçün Qərb ölkələrindən azı 100 tank əldə etməlidir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Guardian” qəzeti Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinə istinadən yayıb.
Qəzet yazır ki, Britaniyanın Ukraynaya 14 ədəd “Challenger 2” tanklarının göndərilməsini elan etməsini və Polşanın Ukraynaya “Leopard” texnikasını vermək arzusunu Qərbin Ukraynaya hərbi yardımının aktivləşməsinin başlanğıcı hesab etmək olar. Lakin qeyd olunur ki, bu, Ukrayna tərəfinin ehtiyaclarından əhəmiyyətli dərəcədə azdır. Belə ki, Ukrayna tərəfi ötən ilin sonunda ölkəyə 300 tankın göndərilməsinin zəruriliyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər