Astarada 3,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov 1 bükümdə narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb.
“İsti izlər”lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki yaşadığı evdən ümumi çəkisi 3 kiloqram 697 qram narkotik vasitə tiryək, 2 bükümdə ümumi çəkisi 1,546 qram psixatrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ş.Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər