Eks-nişanlısının anasını evdən qovdu - Fotolar

eks-nisanlisinin-anasini-evden-qovdu
Oxunma sayı: 3868

“One Direction” qrupunun eks-əməkdaşı Zayn Malik yenidən gündəmə gəlib.

“Qafqazinfo” The Sun qəzetinə istinadən xəbər verir ki, 23 yaşlı ifaçı eks-nişanlısı Perrie Edwardsın anasını evindən qovub.

Məlumata görə, 2 il nişanlı qalan cütlük 3 milyon sterlinq dəyərində malikanə alıb. 22 yaşlı Perrienin anası Debbie Edwards da bu evə köçməli olub.

Daha sonra Zayn-Perrie cütlüyü arasında soyuq küləklər əsməyə başlayıb. Zayn Malik nişanlısına xəyanət edib, Perrie isə evi tərk edib.

Bunun ardından ifaçı eks-nişanlısının anasını da evdən qovub. Villa Malikin adına olduğu üçün Debbie Edwards evi tərk etmək məcburiyyətində qalıb.

İfaçının mətbuat xidməti isə xəbəri təkzib edib, Debbienin yeni ev aldığı üçün malikanədən köçdüyünü iddia edib.