Eks-prezident dünyasını dəyişdi

eks-prezident-dunyasini-deyisdi
Oxunma sayı: 1711

Argentinanın eks-prezidenti Fernando de la Rua dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 81 yaşlı Rua bu səhər yerləşdirildiyi xəstəxanada vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib.

Xatırladaq ki, Fernando de la Rua 1999-2001-ci illərdə Argentinanın prezident postunda olub. 2007-ci ildə isə 5 nəfərin ölümü ilə bağlı ittiham edilib.