Eks prezident ölkəni tərk etdi

eks-prezident-olkeni-terk-etdi
Oxunma sayı: 1253

Qambiya prezidenti Yəhya Cammehin ölkə ərazisini tərk edib.

Qafqazinfo” xəbər, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Sabiq prezident heç bir tanınma nişanları olmayan təyyarə ilə Qambiyadan gedib.

“Reuters”in məlumatına görə, təyyarənin hara uçduğu məlum deyil.

Xatırladaq ki, Cammeh ötən il keçirilən seçkilərdə Adame Barrouya məğlub olub. Ancaq o, seçkilərin nəticəsini tanımayaraq postunu tərk etməkdən imtina etmişdi.

Qeyd edək ki, Yəhya Cammeh 22 il Qambiyanın prezidenti olub.