Eks-prezident terrorçu elan edildi

eks-prezident-terrorcu-elan-edildi
Oxunma sayı: 1795

Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqda qərarı rəsmi qəzetdə dərc olunub.
Qərar 3 il müddətində qüvvədə qalacaq.

Bundan əlavə, "Müsəlman qardaşlar" (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib.

Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb.