Eks-prezident vəfat etdi

eks-prezident-vefat-etdi
Oxunma sayı: 1640

Haitinin keçmiş prezidenti Rene Preval 75 yaşında dünyasını dəyişib.

Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, eks-dövlət başçısının ölüm xəbərini onun xanımı Elizabet Preval təsdiqləyib.

Məlumata görə, Preval evində ölüb. Onun həyat yoldaşı hazırda səyahətdədir.

Qeyd edək ki, R. Preval 1996-2001-ci illər və 2006-2011-ci illərdə prezident postuna rəhbərlik edib.