Eks-prezidentə rüşvətxorluq ittihamı irəli sürülüb

eks-prezidente-rusvetxorluq-ittihami-ireli-surulub
Oxunma sayı: 734

Cənubi Koreyanın eks-prezidenti Pak Kın Xeyə qarşı rüşvətxorluq ittihamı irəli sürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl isə prezidentin adı korrupsiya qalmaqalında hallandığı üçün onun impiçmenti elan edilmişdi.

Xatırladaq ki, ötən ilin payızında Cənubi Koreya prezidentinin rəfiqəsinin adı hallanan korrupsiya qalmaqalı yaşanıb. Hüquq-mühafizə orqanları prezidentin rəfiqəsini heç bir dövlət postu tutmadığı halda ölkə başçısı tərəfindən qəbul edilən siyasi qərarlara təsir etməkdə ittiham edirlər. Eyni zamanda, o, prezidentlə olan əlaqələrindən istifadə edərək yerli şirkətlərdən küllü miqdarda vəsait mənimsəməkdə şübhəli bilinir.