Eks-prezidentin oğluna 30 il həbs verildi

eks-prezidentin-ogluna-30-il-hebs-verildi
Oxunma sayı: 3856

Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev iqtisadi cinayətlərin törədilməsində günahkar bilinərək, 30 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqaazinfio” virtualaz.org-a istinadən xəbər verir ki, bundan əlavə, Maksim Bakiyev iri məbləğdə cərimə ödəyəcək və onun əmlakı müsadirə ediləcək.

Eks-prezidentin oğlu cinayətkar üsullarla qazanılmış pulların yuyulmasında, dələduzluqda və digər bu kimi cinayət əməllərində iştirakına görə ittiham olunurdu.

2010-cu ilin aprel ayında devrilmiş prezidentin ailəsi beynəlxalq axtarışdadır. Kurmanbek Bakiyevin özü qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, kütləvi qırğınlar törətməkdə və digər ağır cinayətlərdə ittiham edilir.