Binəqədi Rayon Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və F.Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Qeyd edək ki, F.Seyidov 2015-ci ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə) maddəsi ilə ittiham olunur. Bundan əvvəl Binəqədi Rayon Məhkəməsinin qərarı ilə F.Seyidov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
Son Xəbərlər