Bu gün Nərimanov rayon məhkəməsində Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin qohumu Rövşən Əhmədova qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib.
Ç.Baxşıyevin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Fuad Abdıyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh R.Əhmədov iddiaya münasibət bildirib.
O, mübahisələndirilən ittihamları səsləndirdiyini etiraf edib və bunu “ictimaiyyətin Çingiz Baxşıyevi tanıması və onun nüfuzunun düşməsi” üçün etdiyini deyib.
Məhkəmə prosesi iyunun 8-də davam etdiriləcək.
Qeyd edək ki, Ç.Baxşıyev bundan öncə R.Əhmədovu 7 kiloqram qızılını mənimsəməkdə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Rövşən Əhmədov "Qafqazinfo"nun redaksiyasına gələrək sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib.
Son xəbərlər
Son Xəbərlər