Eks-sevgilisinə rəy yazması bu səbəbdən imiş...

eks-sevgilisine-rey-yazmasi-bu-sebebden-imis
Oxunma sayı: 3365

Türkiyənin məşhur aktrisası Demet Özdemirin sevgilisi Yaman Taciroğludan ayrıldığı ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, fevral ayından etibarən eşq yaşayan Demet və Yaman yollarını ayırmaq qərarına gəlib. Karantin günlərində görüşməyən cütlük razılaşaraq münasibətlərinə son qoyub.

Elə Can Yamanın da bundan sonra qalmaqallı şəkildə ayrıldığı Demetin instaqram səhifəsinə rəy yazdığı ehtimal edilib. 

Qeyd edək ki, Can bir neçə gün bundan əvvəl Demetin paylaşımına rəy yazmış, bu isə sosial şəbəkədə barışıq jesti kimi qiymətləndirilmişdi.