Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən ekspeditor Elşən Məmmədova hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə E.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib.
E.Məmmədov çalışdığı şirkətin 20 min manat pulunu mənimsəməkdə ittiham edilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər