Ekspertdən yeni xətlərə reaksiya

Ekspertdən yeni xətlərə reaksiya
Oxunma sayı: 251

Yol və nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Bakıda avtobuslar üçün xüsusi zolaqların çəkilməsinə münasibət bildirib. 

Ekspert “Qafqazinfo”ya bildirib ki, bu, Bakı Nəqliyyat Agentliyinin ideyalarından biridir: “Bu cür zolaqlar Bakı şəhərində 25-30 il  bundan qabaq da olub. 2000- ci illərin əvvəllərində isə ləğv etdilər. Dünyanın hər yerində ictimai nəqliyyatın səmərəli təşkilində belə yanaşmalar qaçılmazdır. Avtobuslar tıxacda qalmamalıdır.  İndi Agentlik əvvəlki  sistemi bərpa edir. 

Hələlik iki küçədə bu zolaqlar çəkilib. Gələcəkdə daha mürəkkəb şəraiti olan küçələrdə bu tətbiq olunacaq. 

Bu sxem xüsusi avtobus zolaqlarının ən bəsitidir. Dünyada daha mürəkkəb zolaqlar var. Sadəcə Qərbi Avropada və Yaponiyada olan sxemlərin tətbiqi hazırda bizdə mümkün deyil. Gələcəkdə isə, yəqin ki reallaşacaq”.

Onun sözlərinə görə, Agentlik maksimum dərəcədə çalışır ki, sürücüləri sadəcə cərimələməsin, eyni zamanda onların  mədəni səviyyəni qaldırsın, maarifləndirsin: “Avtobus yüksək səviyyədə xidmət göstərsə, fərdi avtomobi sürücüləri də ondan istifadə edər. Qaydanı pozan sürücülərin isə 40 manat miqdarında cərimə olunması məqbul hesab olunur. Bu sürücülərin barəsində qayda pozuntularına görə tətbiq olunan cərimələrin məbləğinin aşağısına yaxındır. İndi dayanma durma qaydalarının pozulmasına görə 20 manat, sürət rejimini 10-20 km saat pozmağa görə cərimə 10 manatdır.  Qalan cərimələrin əksəriyyəti 40 manatdan daha çoxdur.  Qeyd edim ki, bu cərimə əvvəldən də var idi, sadəcə zolaq yox idi deyə praktika mövcud deyildi”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi