Ekspres avtobus marşrutlarında dəyişiklik

ekspres-avtobus-marsrutlarinda-deyisiklik
Oxunma sayı: 1365


NİİM-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, 20 iyun (05:30-dan 21:00-dək)və 21 iyun (03:30-dan 21:00-dək) X14, X15, X16, X18, X19, X20 ekspres avtobusları 28 May və Elmlər Akademiyası metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər. Tamaşaçılara Azneft dairəsindən yaxın olan İçəriŞəhər metro stansiyasından istifadə etmələri tövsiyə olunur. Ekspres Avtobusların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-dan əvvəlki qaydada bərpa olunacaq.