Ekvador həbsxanasındakı qiyamda 18 nəfər ölüb - Polislər yaralanıb

ekvador-hebsxanasindaki-qiyamda-18-nefer-olub
Oxunma sayı: 1291

Ekvadorun Quayakil şəhərinin həbsxanasındakı qiyamda 18 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekvadorun Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, yaralananlar içərisində polis əməkdaşları da var.

Qeyd edək ki, iyulun 23-də Ekvadorun 5 həbsxanasında qiyam baş verib. 90-a yaxın mühafizəçi məhbuslar tərəfindən girov götürülüb.