Ekvador Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekvadorun dövlət başçısı Daniel Noboa “X” sosial şəbəkəsində yazıb.
O bildirib ki, buna səbəb quldur dəstələrinə qarşı tədbirlər hazırlamaqdır:
“Biz terrorçu qrupların ölkədə asayişi pozmasına imkan verməyəcəyik”.
Xatırladaq ki, Ekvadorda ötən gün silahlı şəxslər “TC Television” telekanalına basqın edərək canlı yayımda olan aparıcıları girov götürmüşdülər.
Son xəbərlər
Son Xəbərlər