Ekvador Prezidentinin Kommunikasiya məsələləri üzrə Baş katibi Roberto İzuriete verdiyi açıqlamada, “Fito” ləqəbli şəbəkə lideri Adolfo Macias Salazar və bir neçə məhbusun Guayas şəhərindəki həbsxanadan qaçmasından sonra 3 min təhlükəsizlik qüvvəsi ilə əməliyyat başladığını bildirib.
Xəbər verdiyimiz kimi, Ekvadorda dəstə başçısının həbsdən qaçmasından sonra zorakılıqlar artıb. Ölkə təhlükəsizlik böhranı ilə üz-üzədir.
Digər tərəfdən, Ekvador Prezidenti Daniel Noboa silahlı qüvvələrə on minlərlə üzvü olan 22 müxtəlif dəstə birləşməsini zərərsizləşdirmək üçün tam səlahiyyət verib. Fövqəladə vəziyyətin elan olunduğu Ekvadordan görüntüləri təqdim edirik:
.png)
Uzun müddətdir təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvadorun paytaxtı Kitodan kadr:
.png)
Təhlükəsizlik qüvvələri paytaxt Kitonun əsas küçələrində patrul edir:
.png)
Son xəbərlər
Son Xəbərlər