Ekvadorda 6,2 bal gücündə zəlzələ oldu

ekvadorda-62-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 730

Ekvador sahillərində 6,2 bal gücündə zəzlələ olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Santa-Yelena şəhərindən 27 kilometr şimalda qeydə alınıb.

Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan yoxdur.