Ekvadorda öldürülən məhkumların sayı artdı

ekvadorda-oldurulen-mehkumlarin-sayi-artdi
Oxunma sayı: 1502

Üç Ekvador həbsxanasında baş verən qiyamlar zamanı öldürülən məhkumların sayı 62-yə çatıb. 

“Qafqazinfo” bildirir ki, bu barədə “France-Presse” agentliyi respublika polisinin məlumatlarına istinadən xəbər verib.

İlkin məlumatlara görə, qiyamlara səbəb narkotacirlərin təsir dairələri uğrunda apardığı mübarizə olub. Zərər çəkmiş hüquq-mühafizə orqanları əməkdaşları barədə məlumat verilmir.