Ekvadorda aksiyalarda 400-dən çox insan yaralanıb

ekvadorda-aksiyalarda-400-den-cox-insan-yaralanib
Oxunma sayı: 649

Ekvadorda kütləvi aksiyalarda  400-dən çox insan xəsarət alıb. 

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili işlər naziri Mariya Paula Romo məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların 86 nəfəri polis əməkdaşlarıdır.

O, bir çox qurbanın gözyaşardıcı qazın geniş miqyaslı istifadəsi səbəbindən nəfəs almaqda çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, bir neçə gündür Ekvadorda hökumətin iqtisadi islahatlarından narazı olan vətəndaşların kütləvi nümayişləri keçirilir.