Ekvadorda Assanjın adamı da saxlanıldı - Yenilənib

ekvadorda-assanjin-adami-da-saxlanildi
Oxunma sayı: 937

“WikiLeaks” saytının yaradıcısı Julian Assanjdan sonra onun yaxın adamı Ola Bini də saxlanılıb. 

“Qafqazinfo”nun “Daily Express” nəşrinə istinadən verdiyi xəbərə görə, şübhəli şəxs portalın proqram işinə cavabdeh olub. 

Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları İsveç vətəndaşı olan Bininin vəkillə təmin edilməsinə şərait yaratmırlar.

Xatırladaq ki, J. Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb. O,  2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. 

***

Ekvadorun daxili işlər naziri Mariya Paula Roma bildirib ki, Ola Bini Yaponiyaya qaçmaq istəyərkən hava limanında saxlanılıb.

Onun sözlərinə görə, saxlanılan şəxs Ekvadorun keçmiş XİN rəhbəri Rikardo Patinyo ilə daim əlaqə saxlayırmış.