Ekvadorda aviafaciə - 6 nəfər öldü

Ekvadorda aviafaciə
Oxunma sayı: 693

Ekvadorun qərbində aviafaciə nəticəsində azı 6 nəfər həlak olub.

Bu barədə “Qafqazinfo” “El Commercio” qəzetinə istinadən xəbər verir.

Onun məlumatına görə, insident Salitre kantonunda baş verib. Yüngül mühərrikli təyyarə Quayakil şəhərinə uçurmuş. Aviafaciə nəticəsində iki ekipaj üzvü və dörd sərnişin dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.