Ekvadorda daşqınlar 27 nəfərin həyatına son qoydu - Video

ekvadorda-dasqinlar-27-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 969

Ekvadorun paytaxtı Kitoda daşqınlar nəticəsində azı 27 nəfər həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər administrasiyası tviterdə yazıb.

Bundan əlavə, 55 nəfər yaralanıb. Onlardan 41-i xəstəxanalardan evə buraxılıb, 14-ü tibb müəssisələrində qalmaqda davam edir, 1-i kritik vəziyyətdədir. İki nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, bazar ertəsi Kitoda leysan olub, nəticədə bir çox ərazi suyun altında qalıb.