Ekvadorda günün ikinci zəlzələsi - 6,9 bal

ekvadorda-gunun-ikinci-zelzelesi
Oxunma sayı: 1186

Ekvadorda 6,9 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, gün ərzində baş verən ikinci zəlzələdir.

Bu gün ölkənin qərbində 6,7 ballıq zəlzələ qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

Ölkədə sunami təhlükəsi elan olunmayıb.