Ekvadorun Quayakil və Nobol şəhərlərində iğtişaşlar zamanı 10 nəfər həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ekvadorun Milli polisi öz “X” hesabında paylaşıb.
Məlumata görə, həlak olanlardan ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Quayakil şəhərinin meri isə cinayət və qarşıdurma ilə bağlı 1900-dən çox məlumat daxil olduğunu bildirib.
Paytaxt Kitoda isə hazırda zirehli texnikalar patrul xidməti həyata keçirir.
Qeyd edək ki, yanvarın 7-si “Los-Çoneros” cinayətkar dəstəsinin başçısı həbsdən qaçdıqdan sonra ölkənin bir neçə cəzaçəkmə müəssisəsində qiyamlar baş verib. Yanvarın 8-i ölkə Prezidenti Daniel Noboa fövqəladə vəziyyət rejiminin və komendant saatı elan edib. Yanvarın 9-u isə bir qrup silahlı şəxs “TC” televiziya kanalına basqın edib. Polis sözügedən şəxsləri saxlayıb.
Son xəbərlər
Son Xəbərlər