Ekvadorun Rusiyadakı səfirliyinin səlahiyyətli naziri Xorxe-Patrisio Talasios-Porras ölü halda tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “SHOT” teleqram kanalı yayıb.
53 yaşlı Porrasın cəsədi Moskvanın mərkəzində mənzildə aşkar olunub.
Məlumata görə, oktyabrın 10-dan diplomatla əlaqə saxlamaq mümkün olmayıb. İlkin ehtimala görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Hazırda polis onun ölüm səbəblərini araşdırır.