Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Əl-Bab şəhərində aparılan “Fırat qalxanı” əməliyyatının 174-cü günündə İŞİD terror təşkilatı türk əsgərlərin olduğu bölgəyə hücum təşkil edib.
“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, qarşıdurma zamanı 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb.
Yaralı əsgərlər bölgədən təxliyyə olunduqdan sonra təcili tibbi yardım avtomobilləri ilə Kilis və Qaziantepdəki xəstəxanalara aparılıblar.
Qeyd edək ki, “Fırat qalxanı” 2016-cı il avqustun 24-də başlayıb. Bu müddətdə 68 türk əsgəri şəhid olub.
Son xəbərlər
Son Xəbərlər