“El Çapo”nun xanımının həbs cəzası açıqlandı

el-caponun-xaniminin-hebs-cezasi-aciqlandi
Oxunma sayı: 2090

Bir müddət öncə saxlanılan “El Çapo” ləqəbli meksikalı narkobaron Xoakin Qusmanın xanımı Emma Koronel Aispuro 3 il müddətinə azadlıqdan məhrum edilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Aispuro narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Qeyd edək ki, Meksika və ABŞ vətəndaşlığını daşıyan Aispuro bu ilin fevralında Virciniya ştatında Dalles Beynəlxalq Hava Limanında saxlanılmışdı. 

Xatırladaq ki, Aispuronun əri “El Çapo” Meksikanın narkotik qaçaqmalçılıq kartellərinin ən böyük başçılarındandır. O, 2014-cü ildə həbs olunmağına baxmayaraq, həmin ilin 14 avqust tarixində həbsxanadan 1,5 kilometrlik yeraltı tunel qazdıraraq qaçmağa müvəffəq olub. 8 yanvar 2016-cı ildə yenidən həbs edilib, 19 yanvar 2017-ci ildə Meksikadan ABŞ-a ekstradasiya olunub.