“Əl-ələ girdik, əl-ələ çıxdıq” - Boşandılar

el-ele-girdik-el-ele-cixdiq
Oxunma sayı: 5755

Tanınmış türkiyəli pianoçu Fazıl Say üç ildir evli olduğu həyat yoldaşı Ece Dağıstandan boşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Çox təəssüf edirəm, həyat yoldaşım Ece ilə evliliyimizə bu gün son qoyduq. Ece ilə Beykoz Ədliyyə binasına əl-ələ girdik, əl-ələ çıxdıq. Xatirələrimizi, bütün gözəl hekayələrimizi həmişə ən yaxşı şəkildə anacağam...”, - deyə o yazıb.

Qeyd edək ki, cütlük ümumilikdə 7 il münasibətdə olub.