“El Klasiko”da terror planlaşdıran şəxs həbs olundu

el-klasikoda-terror-planlasdiran-sexs-hebs-olundu
Oxunma sayı: 1028

Ötən ilin dekabrında İspaniya La Liqası çərçivəsində keçirilən “Barselona” – “Real” oyunu zamanı insanlara silahlı hücum planlaşdıran şəxs həbs olunub.

“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, Mərakeş əsilli terrorçu mayın 8-də saxlanılıb.

O, öz ifadəsində bildirib ki, terror aktını dron vasitəsilə törətmək istəyib. Amma pilotsuz təyyarəni tapmaq mümkün olmayıb.

Müstəntiqlərin sözlərinə görə, həmin şəxs son 4 ildə terror təşkilatlarından biri ilə sıx əlaqədə olub. Son vaxtlar isə diqqət cəlb etməmək üçün daha az fəaliyyət göstərib.

Qeyd edək ki, dekabrın 18-də “Nou Kamp”da baş tutan el-klasiko qolsuz başa çatıb.