“El Klassiko” olmayacaq- - "Yuventus" "Barselona"nın rəqibidir+Yenilənib

el-klassiko-olmayacaq-
Oxunma sayı: 2102


“Qafqazinfo”nun məlumatına görə, İspaniyada baş tutan oyunda digər yarımfinalçının adı məlum olacaq.

Belə ki, hazırda Madrid “Real”ı “Yuventus”u qəbul edir. 

Bu oyunun qalibini finalda “Barselona” gözləyir. 

***

Kriştian Ronaldu 23-cü dəqiqədə oyunda hesabı açdı. O, 11 metrlik cərimə zərbəsi ilə “Real”ı önə keçirir. 

***

Oyunda ilk hissə yekunlaşdı. Hesab 1-0 “Real”ın xeyrinədir. 

***

Oyunda ikinci hissə başladı.

***

“Yuventus” hesabı bərabərləşdirdi. 57-ci dəqiqədə Morata komandasının ilk qolunu vurdu. 

***

Oyun başa çatdı. İlk oyunda “Yuventus” “Real”a 2-1 hesabı ilə qalib gəldiyi üçün komanda finala vəsiqə qazandı. “Yuventus” finalda “Barselona” ilə qarşılaşacaq.