“El Klassiko”da qalib olmadı - Fotolar + Video

el-klassikoda-qalib-olmadi
Oxunma sayı: 3036

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, turnirin erkən finalı adlandırılan matçda “Barselona” ilə əzəli rəqibi “Real” qarşılaşıb.

“Nou Kamp”da baş tutan “El Klassiko”da hesabı 6-cı dəqiqədə “Real” açıb. Lukas Vaskes fərqlənib.

“Barselona”nın hücumları isə 57-ci dəqiqədə qolla nəticələnib. Malkom topu qapıdan keçirərək yekun hesabı müəyyənləşdirib - 1:1.

Bu komandalar arasında cavab matçı fevralın 27-də “Santyaqo Bernabeu”da baş tutacaq.

Qeyd edək ki, “Barselona” və “Real” daha sonra martın 2-də İspaniya La Liqası çərçivəsində də üz-üzə gələcək.

“Barselona” - “Real” - 1:1

Malkom, 57 - Lukas Vaskes, 6