Termal effektləri ilə tanınan El Nino təbiət hadisəsi bu il sona çatır. Çox güman ki, onu planetin müxtəlif bölgələrində, xüsusən də tropiklərdə iqlimə soyuducu təsir göstərən La Nina fenomeni əvəz edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu məlumatı BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (WMO) yayıb.
Mütəxəssislər La Ninanın iyul-sentyabr aylarında baş vermə ehtimalını 60%, avqust-noyabr aylarında isə 70% qiymətləndirirlər.
La Nina tropiklərdə atmosfer sirkulyasiyasının dəyişməsi ilə müşayiət olunan mərkəzi və şərq ekvatorial Sakit okeanda okean səthinin temperaturunun əhəmiyyətli dərəcədə azalması ilə xarakterizə olunur.
La Ninanın təsirləri onun intensivliyinə, müddətinə, ilin vaxtından və digər iqlim hadisələri ilə qarşılıqlı təsirindən asılı olaraq dəyişə bilər.
Təşkilat, həmçinin qeyd edib ki, El Nino və La Nina təbii hadisələri qlobal istiləşməyə, ekstremal hava şəraitinin artmasına, yağıntı və temperatur rejiminə təsirə səbəb olan texnogen iqlim dəyişikliyi fonunda baş verir.