“Əl-Qaidə” lideri vəfat etdi

el-qaide-lideri-vefat-etdi
Oxunma sayı: 2022


“Qafqazinfo” BBC Russian-a istinadən xəbər verir ki, 1988-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinin partladılmasında şübhəli bilinən liviyalı Abu Anas al-Libi Nyu-York xəstəxanalarının birində vəfat edib. 

2013-cü ildə Tripoli şəhərində saxlanılan və əsl adı  Nazih Abdul-Hamed al-Ruqai olan Libi  Şərqi Afrikada baş verən partlayışlarda özünə qarşı ittihamları rədd edib. Libinin xanımı Um Abdullanın bildirdiyinə görə, onun həyat yoldaşı ciyərindən əməliyyat olunduqdan sonra ölüb.

O, həmçinin ABŞ həkimiyyətini günahsız insanların qaçırılmasında və qətlə yetirilməsində günahlandırıb. Qeyd olunur ki, yanavarın 12-si Libinin növbəti məhkəmə işi aparılacaqdı.  

Xatırladaq ki, 50 yaşlı lider Federal Tədqiqatlar Bürosu tərəfindən uzun müddət axtarılıb və onu təhvil verən şəxsi 5 milyon dollar mükafat gözləyib.

Sevda